TOP 10

Saşa Stamenkoviç: "Bu, 7 ildir olduğum Azərbaycanda edə biləcəyim ən az şeydi"

Futbol
Tarix: 2020-05-27 09:21

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycandakı xeyirxah addımı ölkəsi Serbiya mətbuatında da işıqlandırılıb. Sport24.az xəbər verir ki, serblər tanınmış idman şərhçisi Gündüz Abbaszadənin "Facebook"dakı sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.

 

Belə ki, "CBC Sport"lu həmkarımız statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu, eyni zamanda serb qolkiperin bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.



“HotSport” saytı 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.
 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB