TOP 10

"Spartak" azərbaycanlı futbolçunu ikinci komandaya göndərdi - intizamsızlığa görə

Futbol
Tarix: 2020-05-26 10:18

Rusiyanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev əsas komandadan kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Spartak-2”yə göndərilib.

 

Buna Ayazın intizamsızlığı səbəb olub. Klub daxili nizam-intizamı intizamını pozan soydaşımız mövsümün sonunadək əsas komandadan kənar qalacaq. Quliyevin əvəzinə Konstantin Şiltsov gənclər komandasından əsas heyətə cəlb edilib.

 

Qeyd edək ki, “Spartak”ın yetirməsi olan Ayaz 2018-ci ilin yayında 500 min avroya “Rostov”a keçsə də, yarım il sonra 1 milyon avroya geri transfer olunub. Cari mövsüm 11 matça çıxan futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB