TOP 10

Seydiyev "Qəbələ"dən titulla ayrılmağa çalışacaq, "Sabah"a qarşı var-gücüylə oynayacaq: "...əbəs yerə transfer etmədiklərinin şahidi olsunlar"

Futbol
Tarix: 2020-05-26 11:47

Bir neçə gün əvvəl "Sabah" Amin Seydiyevlə bu mövsümün sonunda qüvvəyə minəcək 3 il müddətinə müqavilə imzaladı. "Qəbələ"nin 22 yaşlı müdafiəçisi Sport24.az-a müsahibəsində karantində keçirdiyi günlər, "qırmızı-qaralar"dakı qalan matçlar, habelə futbolçu kimi formalaşdığı komandanın düşərgəsindən kubokun sahibi kimi ayrılmaq istəyi barədə danışdı.

 

- İki aydır futbolsuz, məşqsiz qaldığınız bu çətin vaxtda formanı necə qoruya bilirsən?

- Komandamız məşqləri dayandırdıqdan sonra dostlarla tez-tez mini-futbol oynayırdıq. Onda hələ meydançalar​ bağlanmamışdı. Bağlanandan sonra park ətrafında qaçırdım. Hazırda tam formada olmasam da, artıq çəki yığmamışam. Bu üzdən mənə ən azından rahat olacaq. Çünki məşq edirdim, qaçırdım.​ ​

 

- Bu parçalanma nə dərəcədə realdı? Bir tərəfdən "Sabah"la imzalanan müqavilə, digər tərəfdən "Qəbələ"nin formasında meydana çıxmaq...

- Bunun mənim üçün heç bir problemi olmayacaq. Çünki mövsümün sonunadək "Qəbələ"də əlimdən gələnin ən yaxşısını edəcəm ki, ən azı titul qazanaq. Mən də titulla bu klubdan ayrılım.​ ​

 

- Çempionatda "Sabah"la hələ matçınız qalıb...

- Gələcək komandama qarşı ən yaxşı oyunumu oynamağa çalışım ki, əbəs yerə transfer etmədiklərinin şahidi olsunlar. ​

 

- Niyə məhz "Sabah"? Və bu söhbət necə alındı?

- Bu haqda hələ danışmaq istəmirəm.​ Mövsüm başa çatdıqdan sonra ətraflı məlumat verərəm. ​

 

- Çempionatın bərpa olunacağı demək olar həllini tapıb. "Qəbələ" sonuncu yerdən yaxa qurtara bilməsə, ola bilər ki, hətta I Diviziona yuvarlansın. Bunun qarşısını almaq nə dərəcədə çətin olacaq?

- Çalışacağıq ki, turnir cədvəlində maksimum qabağa gedək. Avrokuboklara düşməsək belə, ən azı sonuncu yerdə olmamaq üçün hər şey edəcəyik. Bununla da elitada qalmaq məsələsini həll edək. ​

 

- Bəs, ardıcıl 2-ci dəfə Kuboku qazanmaq nə dərəcədə realdı?

- Bu, mümkündü. Futbolda hər şey olur.​ Çox istəyirəm ki, "Qəbələ"ni ölkə Kubokunun sahibi kimi tərk edim.

 

 

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB