TOP 10

"Azərbaycan millisində baş məşqçi yerli olsaydı, Berti Foqtsun etdiyini bacarmazdı"

Futbol
Tarix: 2020-05-25 18:14

"Mən oynayanda yığma tez-tez toplaşırdı. Amma məni yoldaşlıq görüşlərinə buraxmırdılar. Bir qayda olaraq, yalnız rəsmi matçlara yollanırdım". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Rusiyanın "Championat" nəşrinə açıqlamasında yığmada qol vurmaması barədə danışarkən deyib.

 

Veteran hücumçunun sözlərinə görə, millidə qol hesabını aça bilməməsi onun özünə də qəribə gəlir: "Səbəbini bilmirəm. Yəqin, yığmada daha çox iş görürdüm. Tez-tez geriyə qayıdıb oyun qurmağa çalışırdım. Ön xətdə az olur və daha çox meydanın mərkəzində komanda yoldaşlarıma kömək edirdim. Çünki daha təcrübəli idim".

 

Qasımov millidə çıxış etdiyi vaxt futbolumuzda mövcud olmuş maliyyə problemlərindən də söz açıb: "Həqiqətən pul yox idi. AFFA hər şeyə qənaət edirdi. Tez-tez uçuş xərclərimiz özüm qarşılayırdım. Amma bu, təkcə mənim yox, hamının problemi idi. Vaxt olurdu ki, cəmi 100 ABŞ dolları mükafat ödəyirdilər. İspaniyada oynayanda bu pullar aviabiletlərə, maksimum isə hava limanında qəhvə içməyə gedirdi. Federasiyanı da başa düşmək lazım idi. Amma istənilən halda üzücü idi".

 

Keçmiş forvard AFFA-nın mərhum prezidenti Fuad Musayev ilə arasındakı narazılığa da toxunub: "Aramızda bir neçə dəfə mübahisə olmuşdu. Bir dəfə məni Lixtenşteynlə oyuna dəvət etdilər. Amma heyətə salmadılar və uduzduq. Bunu özümə qarşı ədalətsizlik hesab etdim və Musayevlə danışmaq istədim. Amma o, mənimlə görüşməyi lazım bilmədi. Belədə baş məşqçiyə dedim ki, siz məni Portuqaliyadan çağırırsınız ki, burada ehtiyatda oturum? Belədirsə, çağırmayın. Bundan sonra daha məni yığmaya dəvət etmədilər".

 

Qasımov Rusiya seçməsində oynamaq istəyinin də olduğunu diqqətə çatdırıb: "Açığı, hər zaman idmanda ən yaxşı yerlərdə olmaq üçün çalışmışam. Amma Azərbaycanda anadan olmuşan. Buna görə də doğma ölkəmin yığmasında oynamağa qərar verdim".

 

Hazırda AVRO-2020-nin Bakı üzrə səfiri olan mütəxəssis tez-tez Azərbaycan millisini tənqid etməsinin səbəbini açıqlayıb: "Bütün problem ondadır ki, əlimizdə material, ölkə xaricində oynayan futbolçumuz yoxdur. Çempionatın səviyyəsi aşağıdır, ona görə də bizim oyunçular Avropada çıxış edənlərdən fərqlənirlər. O dəqiqə görünür ki, oyun ərzində sakitlik çatışmır, əsəblər tarıma çəkilir. Yığmanı xoş niyyətlə tənqid edirəm, komandamızın daha yüksək səviyyəyə çatmasını istəyirəm".

 

2010-12-ci illərdə Azərbaycan millisində Berti Foqtsun köməkçisi vəzifəsində çalışmış Qasımov almaniyalı mütəxəssisin işini qiymətləndirib: "Foqts Azərbaycan futbolunda vahid sistem formalaşdırdı. Yerli məşqçi olsaydı, bunu bacarmazdı. O, yığmada ciddi nizam-intizam və qidalanma rejimi yaratdı. Futbolçular Foqtsa inanırdılar. Çünki onların əksəriyyəti əvvəl belə rejimlə qarşılaşmamışdılar. O, sərtliyi ilə tanınırdı. Səhər yeməyinin saat 9-da olduğunu söyləyirdisə, deməli, həmin vaxtda olmalı idi. Berti gecikənləri sərt şəkildə cəzalandırırdı".

 

Xatırladaq ki, Foqts 2008-ci ilin aprelindən 2014-cü ilin oktyanrınadək millimizi çalışdırıb. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB