TOP 10

Qasımovun "Betis"də başına gələn maraqlı əhvalat: “İspanlar dedilər ki, bu qədər içmək olar, siz dəlisiniz”

Futbol
Tarix: 2020-05-25 19:00

“Tez-tez komandayla ünsiyyətdə olurduq. Bir dəfə yaxşıca yeyib-içdik. Andrey Kobelevin evində 4-5 futbolçu ilə toplaşdıq və ruslarda olduğu kimi əyləndik". Sport24.az xəbər verir ki, bu sözləri millimizin sabiq futbolusu Vəli Qasımov Rusiya mətbuatına  müsahibəsində deyib.

 

İspaniyanın "Betis" klubunda çıxış edərkən başına gələn maraqlı əhvalatı danışan keçmiş hücumçu həmin dövrdə hərdən içki məclisləri təşkil etdiklərini bildirib: "Səhər ispanlar şikayətlənirdi: “Başımız ağrıyır, süd də içirik kömək etmir. Belə necə içirsiniz? Siz dəlisiz”. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlmədi. Deməzdim ki, biz o qədər çox içmişdik ki, baş ağrısın. Hər şey ölçüsündə idi. Səhər özümü yaxşı hiss edirdim. Adətən oyunlardan sonrakı istirahət günlərində restoranlarda yığışır, insanlardan gizlənib VİP zonalarda əyləşirdik. Orda sadəcə, restorana gəlmək və sakit oturmaq olmurdu. İnsanlar yaxınlaşır avtoqraf istəyirdilər”.

 

 

Qeyd edək ki, Qasımov “Betis”in heyətində La Liqanın bürünc medalını qazanıb.

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB