TOP 10

A Seriyasının bərpası üçün iki tarix

Dünya Futbolu
Tarix: 2020-05-25 16:30

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı qeyri-müəyyən olaraq qalır. Sport24.az xəbər verir ki, İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında, A Seriyasının iyunun 13-də, ya da 20-də başlayacağını bildirib:


“A Seriyasının bərpa tarixi üçün iyunun 13-ü və 20-si tarixləri üzərində fikirləşirik. Mövsümün bərpası üçün protokol hazırdır. Məşqlər üçün də razılıq vermişik. Cümə axşamı iclas olacaq və çempionatı nə zaman davam etdirəcəyimizlə bağlı qərar verəcəyik”.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB