TOP 10

Millimizin sabiq hücumçusu: "Orda iki gün qaldım, qab yudum, qar təmizlədim”

Futbol
Tarix: 2020-05-25 15:00

“Mən “Neftçi”yə hələ çempionat başlamamış gəlmişdim. Həmin vaxt artıq Xarkovda hərbi ixtisas məktəbinə daxil olmuşdum, kursant idim”. Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

 

52 yaşlı keçmiş hücumçu Moskva “Dinamo”suna keçidi barədə danışarkən maraqlı məqamlara toxunub: "Neftçi”də məni necə lazımdı qarşıladılar və dedilər ki, bir gün Moskvaya gedək, işləri həll edək, amma hərbi formanı da götür. Sonra gözlənilmədən məni hərbi hissəyə yolladılar. Orda iki gün qaldım, bütün hərbçilər kimi xidmət etdim – qab yudum, qar təmizlədim. Yadımdadır ki, bu iki gün iki il kimi sürdü. Sonra nəhayət ki, məni götürdülər. Maşınla gedirik və məndən soruşurlar ki, niyə hara yollandığımıza maraqlanmırsan? Cavab verdim ki, yəqin Bakıya, elə deyil ki? Cavab verdilər ki, yox, artıq Moskva “Dinamo”sunun oyunçususan! Belə məlum oldu ki, məni hərbi qulluqçu kimi Moskvaya köçürüblər və “Dinamo” məni dərhal götürüb. Həmin vaxt klubun hərbçiləri  götürmək hüququ var idi. Məni Novoqorska apardılar, ertəsi gün Eşeriya toplanışa getdik. Orda pis oynamadım və hiss etdim ki, heyətə düşürəm”. 

 

Qasımov bildirib ki, “Neftçi” onu geri qaytarmaq üçün ardınca Moskvaya nümayəndə də göndərib: “Moskvaya qayıdanda “Neftçi” nümayəndələri gəldi və dərhal Eduard Malofeyevə müraciət etdilər. O da məni çağırıb soruşdu: “Burdan getmək istəyirsən? Heyətə düşürsən”. Nə deyəcəyimi bilmirdim. Onda Malofeyev dedi ki, get ,məşğul ol, razılaşacağam. Amma danışmaq alınmadı, bir gün sonra “Neftçi”yə qayıtdım”.

 

Qeyd edək ki, futbolçu sonradan 1992-ci ildə “Spartak”dan “Dinamo”ya keçib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB