TOP 10

Vəli Qasımov Moskva klublarındakı maddi qazancını müqayisə etdi: "Maaşlar az idi - bonuslar hesabına yaşayırdıq”

Futbol
Tarix: 2020-05-25 14:00

“Maaşlar az idi - bonuslar hesabına yaşayırdıq”. Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

 

52 yaşlı veteran hücumçu Rusiyada yaşadığı legioner karyerası barədə bu ölkənin mətbuatına açıqlamasında Moskva təmsilçiləri “Spartak” və “Dinamo”dakı qazancını müqayisə edib: “Spartak”da mükafat “Dinamo”dakından xeyli çox idi. “Spartak”da qələbə üçün təxminən 500, “Dinamo”da 250 dollar verirdilər. Amma maaşlar təxminən eyni idi – 2-3 min rubl. Müasir futbolçular kimi böyük pullar almırdıq”.

 

Qeyd edək ki, Qasımov hər iki paytaxt klubunda oynadığı 1992-ci il mövsümündə vurduğu 16 qolla Rusiya çempionatının bombardiri olaraq ardından İspaniya “Betis”inə keçib.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB