TOP 10

"Qəbələ" mənə ikiqat maaş təklif etdi və pulu seçdim"

Futbol
Tarix: 2020-05-25 13:00

“Qəbələ”nin sabiq legioneri Deyv Bulthuis Azərbaycandakı karyerasını yada salıb. Sport24.az xəbər verir ki hollandiyalı sol cinah müdafiəçisi 2017-ci ildə "qırmızı-qaraalr"a pula görə keçdiyini gizlətməyib: “Nürnberq”dən “Sürix” transfer ola bilərdim. Ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim”

 

29 yaşlı futbolçunun sözlərinə görə, "Qəbələ"də həmin vaxt legionerlər çox olub: "Komandada 4 matça çıxdım. Orada 11 legioner futbolçu var idi.  Bu səbəbdən o, Azərbaycanda çox qalmaq istəmədim".

 

Hazırda Cənubi Koreyanın “Ulsan Hunday” klubunda  çıxış edən Bulthuis oradakı həyatından məmnun olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Deyv 2017-ci ilin yayında transfer olunduğu "Qəbələ"dən 2018-ci ilin qışında ayrılıb. 

 

 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB