TOP 10

Sopiç yeni legionerlərlə bağlı şərtini açıqladı, gözlənilən dəyişikliklərdən, Şeydayevin taleyindən söz açdı: "...bəzilərinin "Sabah"da qalması mümkün olmasın"

Futbol
Tarix: 2020-05-25 11:25

"Amin Seydiyevin bizim komandada olacağından məmnunam. Ona hər iki mövqedə şans verilə bilər. Fikrimcə, Seydiyev Azərbaycanın ən yaxşı gənc futbolçularından biridi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç bildirib.

 

"Qəbələ"dən transferini həll edərək 3 illik müqavilə imzaladıqları U-21 yığmamızın üzvü Amin Seydiyevin həm müdafiənin sağ cinahında, həm də mərkəzində faydalı olduğunu hesab edən xorvatiyalı mütəxəssis növbəti mövsüm üçün transfer planlarına toxunub: "Hazırda komandada 8 legioner var. Fikrimcə, əcnəbi futbolçu transfer edilirsə, o, keyfiyyət baxımından yerli oyunçudan fərqlənməli, komandaya əlavə güc qatmalıdı. Əlbəttə, gənc, perspektivli azərbaycanlı futbolçuları transfer etmək istəyirik. Lakin bir şeyi nəzərə almalıyıq ki, bu, heç də asan deyil. Karantin günlərində bu barədə klub rəhbərliyi ilə bir çox müzakirələrimiz olub. Bu məsələdə fikirlərimiz üst-üstə düşür. Fikrimcə, düzgün yoldayıq".

 

"Sabah"ın mərkəz hücumçuları Ramil Şeydayevlə Xulio Sezar Rodrigesin anlaşmaları cari mövsümün sonunda bitir. Maraqlıdı, paytaxt klubunun onları, xüsilə Ramili yeni müqavilə imzalamaqla bağlı razı salması nə dərəcədə real görünür? Sopiçi dinləyək: "Mövsümün sonunda klubla müqaviləsi bitən oyunçular, Ramil Şeydayev və Xulio Rodriqes barədə nə deyə bilərəm? Bəzi futbolçuların komandada qalmasını istəyirik. Lakin ola bilsin, bəziləri ilə bu, mümkün olmasın. Bununla bağlı oyunçularımızla danışıqlarımız davam edir. Ümid edirəm ki, sonda hamı üçün yaxşı olacaq".

 

Sopiç yayda gedəcək futbolçuların siyahısını müəyyənləşdirməmiş olmaz. 45 yaşlı mütəxəssisdən bununıa bağlı bizə futbolu diliylə desək, ötürmə verməyini istədik: "Hazırda kluba kimin gələcəyi və ya kimin gedəcəyi ilə bağlı ad çəkməyim düzgün deyil. Çünki hələ mövsüm başa çatmayıb. Ancaq onu deyə bilərəm ki, mövsümün sonunda müəyyən dəyişikliklər gözlənilir".

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB