TOP 10

“Təkcə “Barselona”nı deyil, İspaniyanı da tərk etmək istəyirdim” – Messi

Dünya Futbolu
Tarix: 2020-05-25 11:00

“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, 2016-cı ildə “Barselona”dan ayrılmaq ehtimalının olduğunu deyib:


“Vergi ilə bağlı problemlər yarananda “Barselona”dan ayrılmaq istəyirdim. Təkcə “Barselona”nı deyil, İspaniyanı da tərk etmək istəyirdim. Mənə qarşı pis rəftar olduğunu hiss edirdim. Buna görə də, ayrılmaq istəyirdim. Ancaq heç vaxt rəsmi təklif almamışam. Çünki hamı “Barselona”da qalmaq istədiyimi düşünürdü. Ailəm üçün də çətin bir dövr idi. İnsanlar həqiqətdə nələrin olduğunu bilmirlər.


Ancaq indi ailəmlə burda olmaqdan xoşbəxtik. “Barselona”da qalıb, karyeramı burda bitirmək istəyirəm”.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB