TOP 10

"Ulduzların savaşı": Autsayder dönüş edir

Futbol
Tarix: 2020-05-24 23:00

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" bilik yarışması doqquzuncu turunun son cütünü Ramiz Məmmədovla Mahmud Qurbanov təşkil edib. 

 

 

RAMİZ MƏMMƏDOV - MAHMUD QURBANOV

 

1. Onun rəhbərliyi altında Azərbaycan milli komandası 2 rəsmi və 1 yoldaşlıq oyunu keçirdi. Bu görüşlərdə yığmamız cəmi 1 qol vura bildi. Bu mütəxəssis kimdi?

 

2. Azərbaycan millisi indiyədək iştirak etdiyi rəsmi oyunlarda hansı rəqiblə matçlarda ən çox xal toplayıb?

 

3. Ramiz Məmmədov 2004/05 mövsümündə "Turan"da aldığı zədədən sonra karyerasını bitirmək məcburiyyətində qaldı. Həmin oyunda "Turan" səfərdə 3:4 hesabı ilə məğlub oldu. Bu, hansı komanda ilə matçda baş verib? Qeyd edək ki, "Ulduzların savaşı"nın iştirakçılarından biri "Turan" ın rəqibinin düşərgəsində idi.

 


 

Ramiz Məmmədov ("Keşlə"nin Futbol Akademiyasının koordinatoru): 
 

1. Bu qolu Mahmud Qurbanov vurub. Son qərarım - Qyoko Hacıyevski.

 

2. San-Marino və Farer adaları xatırlanır. Lixtenşteyn də var. Bunların üzərində dayanacam. Son qərarım - Lixtenşteyn.

 

3. Bu matç Yevlaxda keçirildi. Hələ 2-3 mövsüm oynamaq üçün gücüm var idi, amma zədəm karyerama son qoydu. Son qərarım - "Karvan".

 

 

 

Mahmud Qurbanov ("Neftçi-2"nin baş məşqçisi): 

 

1. Qyoko Hacıyevskidən söhbət gedir. Bu üç oyuny Finlandiya, Belçika və Qazaxıstanla keçirdik. Yeganə qolu da özüm vurmuşam (gülür). Son qərarım - Qyoko Hacıyevski.

 

2. Cavab verməkdə çətinlik çəkirəm. Son qərarım - yoxdu.

 

3. Bu, "Karvan idi. Son qərarım - "Karvan".

 

 

Ramiz Məmmədov axır ki, yenə qələbə qazandı. O, Lixtenşteyni xatırlamayan Mahmud Qurbanovun yeganə büdrəməsindən stifadə etdi. Beləliklə, Məmmədov 3:2 hesabı ilə qalib gələrək turnir vəziyyətini qismən yaxşılaşdırır.
 

 

 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB