TOP 10

"Ulduzların savaşı": Çempionatın ən böyük sensasiyası

Futbol
Tarix: 2020-05-24 22:45

Sport24.az, Football24.az və "İdman TV"nin irgə - AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının doqquzuncu turunun üçüncü cütü həyatda böyük dost olan, yarışmada barışmaz rəqiblər olanlar təşkil edib.

 

 

ŞAHİN DİNİYEV - ARİF ƏSƏDOV

 

1. Onun rəhbərliyi altında Azərbaycan milli komandası 2 rəsmi və 1 yoldaşlıq oyunu keçirdi. Bu görüşlərdə yığmamız cəmi 1 qol vura bildi. Bu mütəxəssis kimdi?

 

2. Azərbaycan millisi indiyədək iştirak etdiyi rəsmi oyunlarda hansı rəqiblə matçlarda ən çox xal toplayıb?

 

3. Yohan Kroyff, Çezare Maldini və Peter Şmeyxeli Şahin Diniyevlə nə birləşdirir?

 

 

Şahin Diniyev (AFFA-nın Məşqçilər Komitəsinin üzvü)

 

1. Dərhal cavab verəcəm. Bunlar Finlandiya (1:2), Belçika (0:1) ilə Antalyada Qazaxıstanla yoldaşlıq görüşü (0:0) oldu. Son qərarım - Qyoko Hacıyevski.

 

2. Bu gün başım ağrıyır, buna görə uzatmayacam. Son qərarım - Lixtenşteyn.

 

3. Bu məntiq məsələsidi. Bəlkə hamısı, mənim kimi, öz ölkələrinin milli komandalarında oynayıb rəhbərlik ediblər? Hərçənd, Şmeyxel Danimarka yığmasının başında deyildi. Bəlkə hamımız Finlandiya millisini məğlub etmişik? Son qərarım - Finlandiya millisi üzərində qələbə.

 

 

Arif Əsədov (Azərbaycan milli komandasının məşqçisi): 

 

1. Səhv etmirəmsə, bu, Qyoko Hacıyevskidi. Şahin Diniyevin istefasından sonra müvəqqəti olaraq baş məşqçi vəzifəsinə təyin edildi. Son qərarım - Qyoko Hacıyevski.

 

2. Əvvəlcə kiçik ölkələr haqqında düşünmək lazımdı. San-Marino, Lixtenşteyn, Malta, Farer adaları - bu ölkələrdən biridir. Lixtenşteynlə daha tez-tez oynayırdıq. Deyəsən, bir məğlubiyyətimiz var, amma onlarla çox xal toplamışıq. Son qərarım - Lixtenşteyn.

 

3. Bu nə ola bilər? Bəlkə həm ataların, həm də uşaqların futbolçu olması faktı? Gözləyin, uşaqları da milli komandalarının şərəfini qoruyublar. Son qərarım - uşaqlar ataları kimi milli komandada çıxış ediblər.

 

 

Ah, Əsədov, ah, sənə afərin! Şahin Diniyevdən fərqli olaraq, Azərbaycan millisinin məşqçisi üçüncü sualın da öhdəsindən gəldi. Yordi Kroff, Paolo Maldini, Kasper Şmeyxel və Coşqun Diniyev ataları kimi, milli kmandalarının formasını geyiniblər. Bax belə, əziz oxucular. Əvvəlki turlarda bir dəfə də olsun məğlubiyyətə uğramayan Şahin Diniyev ev oyununda büdrəyir, üstəlik, özü ilə birbaşa bağlı olan bir suala. Beləliklə, Arif Əsədov 3:2 hesabı ilə layiqli superqələbəni  qazanaraq bir anda aktivinə 4 xal yazdırdı. Diniyevin tək təsəllisi odur ki, məhz o və Coşqun Diniyev Azərbaycan futbolu tarixində milli komandanın formasını geyinən yeganə ata və oğuldu.

 

 

 

 

 

 

 

 

 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB