TOP 10

Sopiç hazırlıq üçün minimum 6 həftənin lazım olduğunu açıqlayır: "Əks halda zədələr qaçılmaz olacaq, uzun müddətdi topla məşq etməmək problem yaradacaq"

Futbol
Tarix: 2020-05-24 11:24

 

"Çempionatın başlayıb-başlamayacağını faizlə dəyərləndirməkdə çətinlik çəkirəm. Bu barədə dəqiq məlumatı yalnız hökumət orqanları deyə bilər. Çempionatın, məşqlərin başlamasına icazəni məhz onlar verəcək. Nə qərar verilsə, ona uyğun hərəkət edəcəyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.

 

Onun fikrincə, 2,5 aylıq fasilədən sonra futbolçuların tam hazır olması, oyunlarda zədələrin olmaması üçün minimum 6 həftə vaxt gərəkdi: "Həmişə futbolçular yay fasiləsindən sonra düşərgəyə qayıdanda, komandanın növbəti mövsümə tam hazır olması üçün təxminən bu qədər vaxt tələb olunur. Almaniyanı və öz ölkəm Xorvatiyanı misal göstərə bilərəm. Orda klubların çempionata hazırlaşması üçün 4-5 həftə vaxt verildi. İndiki vəziyyətdə başa düşürəm ki, bizdə çox vaxt yoxdu. Lakin hazırlıq üçün qeyd edilən vaxtdan daha az müddətin ayrılması məncə, çox azdı".

 

 

Premyer Liqada çalışan bəzi baş məşqçilər mövsümün yarımçıq dayandırılmasının daha məqsədəuyğun olmasıyla bağlı fikirlər səsləndirirlər ki, bunu hazırlıq üçün vaxtın azlığı və zədələrlə bağlı böyük risklə əlaqələndirirlər. Xorvatiyalı mütəxəssis belə fikirləri normal qarşılayır: "Hazırlıq üçün kifayət qədər vaxt ayrılmasa, zədələr qaçılmaz olacaq. Sırf zədə ehtimalı ilə bağlı fikirlərində həmkarlarımla tam razıyam. Keçən həftə başlayan Almaniya çempionatının son 6 oyununda xırda zədələri saymasaq, cəmi 8 zədələnmə halı müşahidə olundu. Ancaq biz “Sabah” klubu olaraq, futbolçuların formasını qoruyub saxlaması üçün xüsusi proqram hazırlamışıq. Bura qaçış, müxtəlif təmrinlərin yerinə yetirilməsi və s. daxildi. Məşqlər “Zoom” proqramı vasitəsi ilə onlayn formada həyata keçirilir. Məncə, futbolçularım karantin dövründə yaxşı hazırlıq keçdilər. Lakin bir şeyi nəzərə almalıyıq ki, futbol topla oynanılır. Biz isə uzun müddətdi topla məşqlər edə bilmirik. Fikrimcə, bu amil problem yaradacaq".

 

 

"Sabah" Avroliqayla bağlı bütün ümidlərini çempionata bağlayıb. Mövsüm yarımçıq dayandırılası olsa, Sopiç bunu qarşılayacaq? Bu, Avropaya çıxmaq şanslarını saxlayan "Sabah" üçün haqsızlıq olacaq?: "Bəli, çempionat ləğv olunsa, avrokuboklara gedə bilməyəcəyik. Bir məşqçi kimi bu barədə nə deyə bilərəm? Azərbaycandakı digər insanlar kimi nə qərar verilsə, bununla razılaşmalıyıq".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB