TOP 10

"Beşiktaş" 5 qat Azərbaycan çempionuyla anlaşdı

Futbol
Tarix: 2020-05-23 19:34

Loris Kariusun yerinə qapıçı axtaran "Beşiktaş" "Qarabağ"da uğurlu çıxışıyıla tanınan İbrahim Şehiçlə anlaşıb. Sport24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ərzurumspor"la müqaviləsi bitəcək 31 yaşlı bosniyalı qolkiper İstanbul təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

 

Millisinin "1 nömrə"si Türkiyə 1-ci liqasında keçirdiyi 28 oyunun 13-də qapısını toxunulmaz saxlayıb. Ərzurum təmsilçisinin baş məşqçisi Mehmet Özdilek İbrahimin gedişiylı bağlı bunları söyləyib: "Şehiç Türkiyənin 5 ən yaxşı qapıçısından biridi. Xeyilrisi nədisə, o da olsun".

 

Şehiç 2013-18-ci illərdə "Qarabağ"da çıxış edərək 5 qat Azərbaycan çempionudu. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"da çıxış edir. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB