TOP 10

"Ulduzların savaşı": Sinxron hərəkət edənlər

Futbol
Tarix: 2020-05-23 17:00

Sport24.az, Football24.az, "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının 8-ci turunun son duelində Mahmud Qurbanovla Ramiz Məmmədov qarşılaşıb. 

 

 

MAHMUD QURBANOV - CAHANGİR HƏSƏNZADƏ

 

1. Millimizin ən yaddaqalan qələbələrindən biri 12 oktyabr 2010-cu ilə təsadüf edib. Həmin vaxt millimizin “sükanı arxası”nda o, olmasa da, məhz ondan qalan miras həmin matçın müqəddəratını həll etdi. Özü də qələbə qolu onun həmsoyadından gəldi. Söhbət millimizi çalışırmış hansı mütəxəssisdən gedir?

 

2. Milli komandamızın heyətində rəsmi matçlarda son dubla hansı futbolçumuz imza atıb?

 

3. 11 dəfə Azərbaycan çempionu olmuş Mahmud Qurbanov ən çox hansı baş məşqçinin rəhbərliyi altında bu titula yiyələnib?

 

 

Mahmud Qurbanov ("Neftçi-2"nin baş məşqçisi):

 

1. Yəqin ki, söhbət Vaqif Sadıqovdan gedir. Bu, Türkiyə millisinə qarşı görüşdə baş verib. Vaqif Sadıqovun icad etdiyi məşhur künc zərbəsindən sonra qol Rəşad Sadıqov tərəfindən vuruldu. Son qərarım - Vaqif Sadıqov.

 

2. Fikrimcə, bu, Mahirdi. Son qərarım - Mahir Emreli. 

 

3. Üç dəfə Mehman Allahverdiyevin rəhbərlik etdiyi "Kəpəz"də çempion oldum. Ağasəlim Mircavadovun rəhbərliyi ilə iki dəfə "Şəmkir"də çempion olmuşam, bir dəfə "Neftçi" və "Xəzər Lənkəran"la. Son qərarım - Ağasəlim Mircavadov.
 

 

 

Cahangir Həsənzadə (AFFA-nın Kütləvi Futbol Departamantinin rəhbəri): 

 

1. Düşünürəm ki, bu, Türkiyə millisinə qarşı görüşdə baş verdi. Vaqif Sadıqovun ixtira etdiyi künc zərbəsindən sonra qol vurduq. Son qərarım - Vaqif Sadıqov.

 

2. Məncə, bu, San-Marinoyla matçda baş verdi. Son qərarım - Əfran İsmayılov.

 

3. Məncə, bu Ağasəlim Mircavadovdu. "Şəmkir"də iki dəfə onunla birlikdə qazandı, bunu dəqiq xatırlayıram. Son qərarım - Ağasəlim Mircavadov.
 

 

Tərəflər eyni vaxtda sualların öhdəsindən gəldilər. Hər ikisi eyni suallara düzgün cavab verildi, səhv də eyni idi. Söhbət son dublun müəllifindən gedir ki, cavab nə Mahir Emreli, nə də Əfran İsmayılov idi. Beləliklə, tərəflər hər birinə 1 xal gətirən 2:2 hesablı sülhlə ayrıldılar.
 

 

 

 

 

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB