TOP 10

"Ulduzların savaşı": Qurban Qurbanov? Yox, Riçard Almeyda!

Futbol
Tarix: 2020-05-23 16:45

Sport24.az, Football24.az, "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının 8-ci turunun üçüncü duelində Ramiz Məmmədovla Şahin Diniyev görüşüb.

 

 

RAMİZ MƏMMƏDOV - ŞAHİN DİNİYEV

 

1. Millimizin ən yaddaqalan qələbələrindən biri 12 oktyabr 2010-cu ilə təsadüf edib. Həmin vaxt millimizin “sükanı arxası”nda o, olmasa da, məhz ondan qalan miras həmin matçın müqəddəratını həll etdi. Özü də qələbə qolu onun həmsoyadından gəldi. Söhbət millimizi çalışırmış hansı mütəxəssisdən gedir?

 

2. Milli komandamızın heyətində rəsmi matçlarda son dubla hansı futbolçumuz imza atıb?

 

3. Ramiz Məmmədov avrokuboklarda yeganə qolunu hansı komandanın qapısından keçirib?

 

 

RAMİZ MƏMMƏDOV ("Keşlə" Futbol Akademiyasının koordinatoru)

 

1. Onda milli Berti Foqts rəhbərlik edirdi. Türkiyə millisinə qarşı matçda Vaqif Sadıqovun adı ilə bağlı olan məşhur künc zərbəsindən qol vurduq. Bolqarıstan millisi üçün yoldaşlıq görüşündə özüm analoji qol vurdum. Son qərarım - Vaqif Sadıqov.

.

2. Yalnız Serbiya və Monteneqro ilə matçda Qurban Qurbanovun dublunu xatırlayıram. Son qərarım - Qurban Qurbanov.

 

3. Məncə, Çempionlar Liqası matçıdı. Onda "Kəpəz"in heyətində oynayırdım. "Hit Qoritsa" ola bilər. Bunun üzərində dayanacam. Bəlkə də belə deyil ... Cavabım - "Sloqa" (Yuqomaqnat, Makedoniya).

 

 

 

Şahin Diniyev (AFFA Məşqçilər Komitəsinin üzvü): 

 

1. Azərbaycan - Türkiyə matçı. Millimiz "Vaqif Sadıqovun künc zərbəsi"ndən sonr Rəşad Sadıqovun vurduğu qol sayəsində qalib gəldi. Son qərarım - Vaqif Sadıqov. 

 

2. San-Marino yığması ilə görüşdə Əfran İsmayılovun dublu var idi. Gözləyin, axı Farer adalarına qarşı matç da var idi. Nazarov orada qol vurdu. Penalti oldu, bundan Riçard Almeyda istifadə etdi. Yadıma düşdü! Son qərarım - Riçard Almeyda.

 

3. Çox çətin bir sualdı. Yalnız bir versiyam var. Cavabım - "Sloqa" (Makedoniya).

 

 

İkinci sual Ramiz Məmmədov üçün keçilməz oldu. Şahin Diniyev, bütün sualların, o cümlədən səfərdəkinin öhdəsindən gəlməklə çempion ambisiyalarını bir daha təsdiqlədi. Beləliklə, Diniyev səfərdə 3:2 hesabı ilə qalib gələrək aktivində 4 xal yazmaqla liderliyini möhkəmləndirir.

 

 

 

CBCsport
03 Iyun 2020
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB