TOP 10

Portuqaliyada çempionatın bərpa tarixi açıqlandı

Dünya Futbolu
Tarix: 2020-05-23 15:48

Koronavirus pandemiyasına görə dayandırılan Portuqaliya çempionatının taleyinə rəsmən aydınlıq gəlib. Sport24.az xəbər verir ki, turnir iyunun 3-dən etibarən davam etdiriləcək. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 


Çempionat “Portimonense” – “Jil Visente” qarşılaşması ilə başlayacaq. Bundan başqa, mövsümün qalan hissəsinin təqvimi də bəllidir. Bu təqvimə görə, çempionat iyulun 18-də tamamlanacaq.


Xatırladaq ki, Portuqaliyada çempionat mart ayında baş tutan 24-cü turun oyunlarından sonra dayandırılmışdı.


Hazırda turnir cədvəlinə 60 xala malik “Portu” rəhbərlik edir. İkinci yerdə “Benfika” (59 xal), üçüncü pillədə isə “Braqa” (46) qərarlaşıb.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB