TOP 10

Xorvatiyalı məşqçi: "Azərbaycan güclü futbol ölkəsidir"

Futbol
Tarix: 2020-05-23 16:40

"Azərbaycanda çox koronavirusa yoluxma olduğunu düşünmürəm. Bəlkə də gün ərzində 130 yoluxma halı qeydə alınır. Çempionata nə vaxt başlayacağımızı bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edirlər". Sport24.az xəbər verir ki, bu fikirləri "Sabah" ın xorvatiyalı məşqçisi Marko Lozo öz ölkəsinin mətbuatına açıqlamasında deyib. 

 

Baş məşqçi Jelko Sopiçin köməkçisi olan 32 yaşlı mütəxəssis ölkədəki karantin rejiminin bir az yumşaldığını bildirib: "İyunun 1-dək məşqlərə başlaya bilməyəcəyik. Məktəblər də açılmayacaq. Kafelər, restoranlar yalnız gün ərzində işləyir. Buna görə insanlar küçələrə çıxır. Ancaq hava limanı iyunun 1-dək bağlıdır".

 

Lozo "Zoom" proqramı vasitəsilə ilə futbolçuların məşqlərini izlədiklərini, oyunçuların qaçış və güc məşqləri etdiyini vurğulayıb: "Komanda "Qarabağ" və "Neftçi" kimi tanınmır. Jelko Sopiç buraya gəlmək fürsəti əldə etdi, məni də yanına gətirdi. Noyabr ayından etibarən 6 oyunda yaxşı çıxış etdik, amma iki ay ərzində hər şey kəskin şəkildə dayandırıldı".

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. 

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB