TOP 10

"Ulduzların savaşı": "Nistru" həlledici oldu

Futbol
Tarix: 2020-05-23 16:30

Sport24.az, Football24.az, "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının 8-ci turunun ikinci cütünü Samir Əliyevlə Aslan Kərimov təşkil edib. 

 

 

SAMİR ƏLİYEV - ASLAN KƏRİMOV

 

1. Millimizin ən yaddaqalan qələbələrindən biri 12 oktyabr 2010-cu ilə təsadüf edib. Həmin vaxt millimizin “sükanı arxası”nda o, olmasa da, məhz ondan qalan miras həmin matçın müqəddəratını həll etdi. Özü də qələbə qolu onun həmsoyadından gəldi. Söhbət millimizi çalışırmış hansı mütəxəssisdən gedir?

 

2. Milli komandamızın heyətində rəsmi matçlarda son dubla hansı futbolçumuz imza atıb?

 

 

3. Samir Əliyev avrokuboklarda ilk qolunu hansı komandanın qapısından keçirib?

 

 

Samir Əliyev (Azərbaycanın U-19 yığmasının baş məşqçisi): 

 

1. Çox güman ki, bu oyun Foqtsun vaxtında idi. Xatırladım! Künc zərbəsindən sonra ikisi topu buraxdı, üçüncü vurdu. Bu, Rəşad Sadıqovun Türkiyə millisinə qoludu. Son qərarım - Vaqif Sadıqov.

 

2. Yeganə versiyam var. Bu, Farer adalarıyla görüşdə baş verib. Son qərarım - Riçard Almeyda.

 

3. "Xəzər Lənkəran"ın heyətində Moldova klubuna qol vurduğumu xatırlayıram. Ya "Zimbru", ya da "Nistru" idi. Son qərarım - "Nistru".
 

 

 

Aslan Kərimov (AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru): 

1. Bu, Vaqif Sadıqovun vaxtından məşhurlaşan, özünəməxsus şəkildə yerinə yetirilən künc zərbəsindən sonra Rəşad Sadıqovun qol vurduğu Türkiyə millisi ilə matçdı. Son qərarım - Vaqif Sadıqov.

 

2. Bunun müəllifi Almeydadı. Son qərarım - Riçard Almeyda. 

 

3. Bu elə bir sualdır ki, yalnız məntiqə etibar edə bilərəm. Samir uzun illər "Neftçi"nin şərəfini qorudu, buna görə də paytaxt klubunun tərkibində fərqləndiyini güman edirəm. Son qərarım - "Hit Qoritsa".

 

 

Üçüncü sual qalibin müəyyənləşdirilməsində həlledici oldu. Rəqibindən fərqli olaraq Kərimov buna düzgün cavab verə bilmədi və bununla da səfərdə 2:3 hesabı ilə məğlub oldu.

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB