TOP 10

"Səbail"in legionerinə 280 min dollar ödəniləcək - FİFA qərar çıxardı

Futbol
Tarix: 2020-05-23 14:29

“Səbail”in futbolçusu Lema Mabidi 4 il çıxış etdiyi "Raca Kasablanka"nı FIFA-ya şikayət edib. Sport24.az sport365 nəşrinə istinadla xəbər verir ki, konqolu yarımmüdafiəçi klubun ona borcu olduğu üçün ali futbol qurumuna şikayət etməli olub.

 

Mərakeş klubu Mabidiyə yeni müqavilə təklif ersə də, o, 2019-cu ilin yayında komandadan ayrılıb: “Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Dedim ki, borcumu ödəməsələr, danışıq olmayacaq. Ancaq imtina etdilər".

 

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” 26 yaşlı futbolçuya 280 min dollar ödəməlidir.

 

Xatırladaq ki, Lema bu ilin fevralında “Səbail”ə keçib.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB