TOP 10

Rusiya klubu 1 il yaşamadan fəaliyyətini dayandıracaq

Futbol
Tarix: 2020-05-23 13:00

Vladiqafqaz “Spartak”ının əsas komandası fəaliyyətini dayandıracaq. Sport24.az xəbər verir ki, buna səbəb maliyyə problemləridir.

 

Ciddi çətinliklərlə üzləşən klubun bütün personalı akademiyaya göndərilir. "Spartak" yalnız futbol akademiyası kimi fəaliyyət göstərəcək. Klubun gələcək taleyi isə bəlli deyil.

 

Vladiqafqaz təmsilçisi 2019-cu ilin yayında yaranıb. Yeni komanda Azərbaycan millisinin sabiq futbolçusu və baş məşqçisi Nazim Süleymanovun da uzun müddət şərəfini qoruduğu, vaxtilə Rusiya çempionu da olmuş, müxtəlif illərdə “Spartak”, “Alaniya”, “Spartak-Alaniya” adlanmış klubun parçalanması nəticəsində qurulub. Heç də yaxşı günlərini yaşamayan "Spartak" ötən ilin yayında iki yerə bölünüb. Klublardan biri “Alaniya”, digəri “Spartak” adlanıb. İkincilərin fəaliyyəti isə heç bir il sürməyib.
 

  •  
CBCsport
03 Iyun 2020
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB