TOP 10

"Keşlə"nin futbolçusu şəxsi brendini inkişaf etdirir: "Auditoriyamda 300 min yaxın insan var" - FOTOLAR

Futbol
Tarix: 2020-05-23 11:22

"Futbol oynamaqla yanaşı, oxuyuram və şəxsi brendimi inkişaf etdirirəm. Buna görə də mənə həmin istiqamətdə fotosessiya lazım idi. Mən də bu layihəyə görə bunu etdim. Şəxsi brend şəxsi əşyaların və s. demək deyil. Öz adımı - şəxsi brendimi inkişaf etdirirəm. Bu üzdən təhsil almağım vacibdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin futbolçusu Ruslan Qurbanov bildirib.

 

Uzun illər millimizdə çıxış etmiş hücumçu "Facebook"dakı paylaşdığı fotosessiya haqda məlumat verib. Onun sözlərinə görə, insan həyatda hərtərəfli olmalıdı: "Mən də bu yöndə öyrənirəm. Auditoriyamda 300 minə yaxın insan var. Burda müxtəlif peşə sahibləri cəmləşib. Onlar müxtəlif istiqamətdə hərəkət edirlər. Kimisi satışda, kimisə marketinq sahəsində çalışır, kimisinin Çin bazarına çıxışı var, kimisi dizaynerdi, kimisi mühasib...Yəni, hər fəaliyyət istiqaməti var. Ümumi "çat"ımız var. Hazırda futbol olmadığından şəxsi brendimi inkişaf etdirməklə bağlı mütaliə edirəm. Hər şeyi düzgün etsəm, hər şey yaxşı olacaq və məqsədimə çatacam. Əsas odur ki, etdiklərim insanların xoşuna gəlsin, təqdim etdiklərimdən razı olsunlar. Qalan şey fərq etmir ki, bu, Ruslan Qurbanovdu və ya başqa".

 

Fotosessiyada itlə gəzişən Ruslan ev heyvanlarını sevdiyini gizlətməyib: "Ancaq o, it mənim deyil, fotosessiya üçün bir nəfərdən götürmüşdüm. Evdə pişiyim var. Qızım isə artıq it istəyir. Deyir ki, hamıda var, məndə də olsun. Sadəcə, itlə pişik bir evdə necə yola gedəcəklər (gülür). Bax, mən də bu haqda düşünürəm ki, çətin olacaq yola getmələri". 

 

Maraqlıdı, Qurbanov futbolçu olmasaydı, özünü hansı sahədə - məsələn, modelyer kimi görərdi?: "Bilirsiniz, futbolsuz qala bilmirəm. Bu, mənim üçün həyatda "1 nömrə"di.  Ancaq onu da başa düşdüm ki, futbol da əbədi deyil. Ona görə daim həyatda yeni şeyləri öyrənməlisən. İstənilən halda, ən çox futbol üçün darıxıram. Bilmirəm, çətin ki dediyiniz sahədə olaydım. Futbolu sevirəm, həmişə ön plana qoyuram. Yaxşı, bahalı geyinməyi sevirəm. Əlbəttə, hər bir insan bunu sevir. Maddi imkanım varsa, niyə də yox? Həmişə brendlərlə mallanıram. Ancaq geyim həyada vacib olan şey deyil. Vacib olan ailəndə hər şeyin olmasıdı. Hamı kimi bizim ailə də yaxşı geyinməyi, istirahət etməyi sevir".

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB