TOP 10

Futbol agenti Azərbaycanda çıxış edən yarımmüdafiəçinin ona haqsızlıq etdiyini açıqladı: "Belə bir insanla işləyə bilməzsiniz, ancaq kin də saxlamıram"

Futbol
Tarix: 2020-05-23 09:40

"Bir daha Ekşteynkə maraqlanmayacağımı açıq şəkildə bildirdim. Onunla işim qurtardı. Harada olursa-olsun, Hendriklə hər şeyin ən yaxşısını arzulayıram, kin saxlamıram". Sport24.az xəbər verir ki, bu fikirləri "Soccerladuma" nəşrinə açıqlamasında futbol agenti Palesa Mkhize "Səbail"in legioneri Hendrik Ekşteynlə yollarını ayırması barədə danışarkən deyib. 

 

29 yaşlı cənubi afrikalı yarımmüdafiəçini Avropaya apardığını vurğulayan Mkhize buna baxmayaraq, futbolçunun onu başqa bir agentə görə tərk etdiyini bildirib: "Bu, Hendrikin insanlığını göstərir. Belə bir insanla işləyə bilməzsiniz. O, ikinci dəfə mənə eyni şeyi etdi". 

 

Palesa CAR-ın "Kayzer Çifs" klubundan "Kayzer Çifs" klubuna keçənə qədər afrikalı oyunçu ilə işlədiyini söyləyib: "Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi. Yenidən mənimlə işləyəndən sonra yaxşı çıxış etməyə başladı. Danışıqların buna təsir etdiyini bilmirəm. Həmişə futbolçularla danışıram və oyunlarını inkişaf etdirmələrini deyirəm. "Kayzer Çifs"də son altı ayda yaxşı oyun göstərdi. Ölkə xaricində yeni anlaşma əldə etdikdən sonra pis hadisələrin olacağını hiss etdim. Sadəcə, tarixin təkrarlandığını bilirdim". 

 

Qeyd edək ki, Ekşteyn "Kayzer Çifs"dən ötən yay "Sabah"a keçdi, qış fasiləsində isə "Səbail"ə transfer oldu.

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB