TOP 10

Məhkəmədən Liqa 1-in erkən dayandırılması ilə bağlı qərar

Dünya Futbolu
Tarix: 2020-05-23 11:00

Koronavirus pandemiyasına görə dayandırılan və bir müddət əvvəl erkən dayandırılmasına qərar verilən futbol üzrə Fransa çempionatları ilə bağlı etirazlar rədd olunub. Sport24.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları LFP-nin bu qərarı ilə bağlı məhkəməyə müraciət edib. Lakin Paris məhkəməsi ötən gün bu etirazı rədd etdiyini açıqlayıb.


Qeyd edək ki, Liqa 1-də 2019/20 mövsümü ölkədəki sərt karantin rejimi ilə əlaqədar erkən dayandırılıb və lider PSJ çempion elan olunub. Son iki pillədə qərarlaşan “Amyen” və “Tuluza” isə Liqa 1-ə düşürülüb.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB