TOP 10

Super Liqa klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-05-22 22:00

Türkiyənin “Yeni Malatyaspor” klubunun kollektivi koronavirus testindən keçirilib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisində 2 nəfərin testi müsbət nəticə verib.


Klubun mətbuat xidmətindən verilən məlumata görə, onlardan biri futbolçu, digəri isə klubda çalışandı. Adlar açıqlanmasa da, onların hər ikisinin xüsusi nəzarətə götürüldüyü və müalicələrinə start verildiyi qeyd olunub.


Qeyd edək ki, Türkiyə Super Liqasının iyunun 12-dən bərpa edilməsi qərara alınıb. Mövsümün geridə qalmış 26 turu ərzində 25 xal toplamış “Yeni Malatyaspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB