TOP 10

Ter Ştegen “Barselona” ilə razılığa gəldi

Dünya Futbolu
Tarix: 2020-05-22 18:30

“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqaviləyə dair razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
 

Kataloniya təmsilçisiylə alman qolkiper arasındakı yeni müqavilənin 5 illik olacağı qeyd olunub. 28 yaşlı qapıçının məvacibində də ciddi artım olacağı bildirilir.


Qeyd edək ki, 2014-cü ildə Münhenqladbax “Borussiya”sından transfer olunan Ter Ştegenin “Barsa” ilə indiki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdi. Son dövrlərdə onun “Bavariya”ya transfer olunacağına dair də xəbərlər dolaşırdı.

CBCsport
06 Iyun 2020
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB