TOP 10

Bakı daha bir turnirin təşkilinə hazırlaşır

Digər
Tarix: 2020-05-22 17:30

Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin videokonfrans formatında iclası keçirilib. Sport24.az xəbər verir ki, virtual yığıncaqda cari məsələlər müzakirə olunub, bir sıra yeni qərarlar verilib. EKF-in prezidenti Antonio Espinos dünyada məlum koronavirus pandemiyası səbəbindən karate idmanında da müəyyən dəyişikliklərə getməyin məcburi olduğunu söyləyib.


Hakimlər Komitəsinin sədri Xavier Eskalante rəhbərlik etdiyi təşkilatın 9 nəfərlik heyətində dəyişiklik edildiyini və beynəlxalq hakim və əməkdar məşqçi Cahangir Babayevin Hakimlər Komitəsinə üzv təyin oldunduğunu bildirib. EKF-in prezidenti Espinos bu ilin martında Bakıda Covid-19 pandemiyası səbəbindən ləğv olunan böyüklər arasında 55-ci Avropa çempionatının olimpiya təsnifatı statusunun 2021-ci ilin mayında İsveçin Geteborq şəhərində keçiriləcək analoji yarışa verildiyini açıqlayıb. Onun 2022-ci ildə Avropa çempionatının Bakıda təşkil edilməsi təklifi EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tərəfindən müsbət qarşılanıb.


Dünya Karate Federasiyasının (WKF) videokonfrans formatlı iclasında isə qarşıdakı Yay Olimpiya Oyunları ilə bağlı dəyişiliklər müzakirə olunaraq qərarlar qəbul edilib. Təsnifat formatında ciddi dəyişiklik etməyən WKF, olimpiadanın bir il ertələnməsi ilə əlaqədar olimpiya vəsiqəsi qazanan idmançıların elan olunması vaxtının və lisneziya turnirlərinin təqvimində dəyişiklilər edib. Martda xüsusi olimpiya reytinqi üzrə olimpiadada iştirakı təsdiqlənən idmançılar cədvəlin hazırkı mövqeyində qalacaq və qarşıdakı lisenziya mərhələlərində tutduqları yei möhkəmlətməkdə davam edəcəklər. Yekun siyahı 2021-ci ilin mayında xüsusi təsnifat turnirindən sonra açıqlanacaq. Təsnifat yarışlarından Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin təşkili 2021-ci ilin aprel ayına nəzərdə tutulub. Təsnifat yarışlarının tarixləri ilə bağlı yekun qərar pandemiyanın vəziyyəti ilə əlaqədar olaraq bu ilin son kvartalında dəqiqləşdiriləcək.


WKF idarə heyəti həmçinin bu ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində planlaşdırılan böyüklərin dünya çempionatının gələn ilin noyabrında keçirilməsini qərara alıb. Gələn il Türkiyədə nəzərdə tutulan gənclərin dünya çempionatı isə növbəti ilə keçirilib.

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB