TOP 10

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"a keçir

Futbol
Tarix: 2020-05-22 13:00

"Sabah" "Qəbələ" daha iki futbolçusunun transferi ilə bağlı danışıqları demək olar ki, başa çatdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, gələn mövsümdən paytaxt klubu İdris İnqilablı və Samir Məhərrəmlinin xidmətindən istifadə edəcək.
 

Hər iki mərkəz yarımmüdafiəçisi "Qəbələ" Futbol Akademiyasının yetirməsidi. 20 yaşlı İnqilablı artıq bu mövsüm "qırmızı-qaralar"ın heyətində oynamağı bacarıb.18 yaşlı Məhərrəmliyə gəlincə, bu futbolçu çox güman ki, gələcək üçün əldə olunub.

 

Gənc futbolçular vaxtaşırı öz yaş qruplarından ibarət Azərbaycan milli komandalarında cəlb olunur. Maraqlıdır ki, həm İdris, həm də Samir bu ilin fevral ayında ölkənin gənclər komandasının (U-21) təlim-məşq toplanışında iştirak edib.

 

Tərəflərin bu oyunçuların transferini gələn həftə elan edəcəyi gözlənilir.

 

Qeyd edək ki, dünən "Sabah" "Qəbələ"nin sağ cinah müdafiəçisi Amin Seydiyevin keçidini həyata keçirib.

 


 

CBCsport
07 Iyul 2020
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB