TOP 10

"Ulduzların savaşı" - Şahin Diniyev dilini qurban verir: "13 xal bəs edəcək"

Futbol
Tarix: 2020-05-22 10:11

"Ulduzların savaşı"nın ilk dövrəsinin lideri olan Şahin Diniyev Sport24.az-a müsahibəsində çempionatın gedişatı barədə danışdı, cavablarının bəzi sirlərini açdı, çempionatın ikinci hissəsi üçün birinci yerə çıxmaq üçün tələb olunan xal sayını proqnozlaşdırdı.

 

- İlk tur mənim üçün ideal başa çatdı. Ekvator xəttinin 1-ci keçəcəyimi gözləmirdim. Ancaq 3 ballıq sistemdə üstünlüyüm əhəmiyyətsizdi. Etiraf edim, 7-ci turdan çox məmnun oldum. Bunadək verilən bütün suallar əla idi. Ancaq bu tur ən yaxşıların yaxşısı idi. Başa düşürəm ki, hər turda suallar daha da çətinləşir. Əvvəlcə bizdən faktlar barədə soruşulurdusa, indi nüansları, bu faktların təfərrüatlarını xatırlatmalıyıq ...

 

- Çempionluğu məğlubiyyətsiz keçirə biləcəyimə inanmıram. Uduzmağa hazır olmayan insan qalib gələ bilməyəcək. Oyunun 3 nəticəsi var, onlardan heç birini qarşısını almaq mümkün deyil. Əlbəttə ki, yenilmək istəmirəm, amma məğlub olsam, bunu normal qəbul edəcəm. Ola bilsin ki, ilk turlarda kimsə hələ potensialından aşağı çıxış edirdi, amma bütün iştirakçıların səviyyəsi təxminən eynidı. Bizi gərgin bir mübarizə gözləyir...

 

- Etiraf edirəm, Cahangir Həsənzadəyə qarşı səfər oyunu ərəfəsində heç-heçə taktikasını qurdum. Axı, məğlub olacağım təqdirdə artıq məni qabaqlayacaqdı. Ancaq çempionatın bütün marağı ondadır ki, heç nəyi əvvəldən demək olmur. Belə oldu ki, Cahangirin karyerası ilə bağlı sual həlledici oldu. Hər kəs karyerası ilə bağlı sualda səhv edə bilər. Yadınızdadı, özüm Emin İmaməliyevin rəhbərliyim altında vurduğu qolu xatırlaya bilmədim?.. Belqradı necə xatırladım? Əvvəlcə düşündüm ki, onları qaytarılan penalti və ya qırmızı vərəqə bağlayır. Sonra "Neftçi"nin belə bir fasilə ilə oynaya biləcəyi yerli klubları istisna etməyə başladım. Bu klubların bir çoxu kənarda qaldı. "Qəbələ" qaldı. Amma aparıcı bu bağlılığın beynəlxalq arenada baş verdiyini qeyd edəndə, avrokubok duelləri barədə düşünməyə başladım. Etiraf edirəm, "Partizan"la oyunu xatırlamadım. Ancaq "Srvena Zvezda" var idi, axı, Saşa Stamenkoviç də Serbiyadan idi. Bax, bu da məni cavaba apardı. İntuisiya həlledici rol oynadı...
 

- İnanın, ilk pillədəki mövqeyimi əldə saxlayacağımla bağlı məndə hələ əminlik yoxdu. İştirakçıların hər birinin məni qabaqlamaq şansı var. Bəli, ikinci turda 4 görüş karyeramla əlaqəli olacaq, bu, cüzi üstünlük verir. Ancaq mən də karyeramla bağlı suala cavabda yanılan bilərəm. 7 tur arxada qalıb, növbəti sualın hansı istiqamətdə olacağını hələ də başa düşə bilmirəm. Axı, imnastikada birinci kateqoriyaya sahib olan millinin baş məşqçisinin sualını necə gözləmək olar? Əsgər Abdullayev cavabından bir addım kənarda idim. O, yüngül atlet idi. Son anda xatırladım ki, Abdullayev Qardabanidəndi və orada gimnastika zalları yoxdu. Buna görə Kazbek Tuayev cavabını verdim...
 

- Həqiqətən 21 sualın 18-nə düzgün cavab vermişəm. Çox ağıllıyam, yoxsa suallar zəifdir? Bilirsiniz, bizdə atalar sözü var: yuxarı baxıram - bığ, aşağı baxıram - saqqal. Hansısa bir dalandı. Məsəl ondadır ki, nə "saqqal"ı, nə də "bığ"ı qurban vermək istəyirəm. Dilimizi qurban verməli olacağıq: həm suallar çətindi, həm də Şahin Diniyev ağıllıdır! Ancaq digər iştirakçılardan daha ağıllı olduğumu iddia etmirəm. Özümə görə ağıllıyam. Bundan əvvəl hazırkı futbolçularla oxşar layihəniz var idi. Onların sualları bizimkilərdən daha asan idi. Şikayət etmirəm, sadəcə, faktı ifadə edirəm. Liderliyi sonadək saxlamaq üçün daha neçə xal tələb olunur? Düşünürəm ki, 14-15 xal kifayət edəcək. Hərçənd, indi ən yaxın izləyicimin 13 xalı var. Deməli, ikinci dövrədə 13 xal mənim üçün kifayət ola bilər. Düşünürəm ki, çempionluq üçün 32-33 xal yetərli olacaq. Ancaq bu, fərziyyədi və bildiyiniz kimi, faktlar proqnozları məhv edir.

 

 

 

 

CEYHUN ƏLİYEV
 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB