TOP 10

Premyer Liqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-05-22 12:00

İngiltərənin “Bernli” klubu futbolçusu Robbi Bredi ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 

Xəbərdə bildirilir ki, tərəflər müddəti bu yay başa çatmalı olan müqaviləni növbəti mövsümün sonuna kimi artırıblar.


Xatırladaq ki, Bredi “Bernli”yə 2017-ci ildə “Norviç Siti”dən 13 milyon funt-sterlinqə transfer olunub. Bu, onun indiki klubu üçün rekord transfer sayılır. “Mançester Yunayted”in yetirməsi olan İrlandiya yığmasının üzvü “Hall Siti”də də forma geyinib.

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB