TOP 10

Daha bir ölkə AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi

Dünya Futbolu
Tarix: 2020-05-21 20:30

Daha bir ölkə AÇ-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, Rumıniya ev sahibliyindən imtina etmək fikrində olmadığını bəyan edib.
 

Bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib. Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.


Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. 


Azərbaycan da AÇ-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB