TOP 10

Hacıyev vaxt azlığına görə mövsümün bərpasının tərəfdarı deyil: "İndiki duruma görə çempionatın bitməsiylə bağlı qərar verilsə, bununla razılaşmaq olar"

Futbol
Tarix: 2020-05-21 19:00

Ötən mövsüm tarixində ilk mükafatı - Premyer Liqamızın bürünc medalını qazanan "Səbail" yenə Avroliqaya düşməyə can atır. "Dənizçilər" ölkə Kubokundan kənarda qaldığından, bütün ümidlərini çempionata bağlayıb. Çempionat isə başlamır ki, başlamır, gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Maraqlıdı, komandanın baş məşqçisi Aftandil Hacıyevin ümidləri gündən-günə azalırmı? Ümumiyyətlə, 39 yaşlı mütəxəssis Premyer Liqada mübarizənin bərpasını davam etməsində nə dərəcədə maraqlıdı? Hacıyev Sport24.az-a müsahibəsində bu və digər sualları cavablandırdı.

 

- Artıq iki ayı keçdik ki, futbolsuz qalmışıq - siz də, biz də. Bu müddətdən sonra çempionatın bərpasına və futbolçuların özlərinə gəlməsinə nə qədər zaman lazımdı?

- Bu iki ay ərzində iki dəfə karantin artırılıb. Apreldə ilk karantin vaxti icazə verilsəydi ki, qrup şəklində məşqlərə başlayaq, bundan sonra işimiz daha asan ola bilərdi. İkinci karantində də məşqlərə hələ icazə verilmədi. Nəticədə bu müddət kifayət qədər uzandı və futbolçuların özlərinə gəlməsi üçün bir o qədər çox vaxt lazım gələcək. Nəzərə alaq ki, klublarımız Avropada çempionat başlayan komandalarla müqayisədə bərpaedici vasitələrə o qədər güclü sahib deyil, o yöndə problemlərimizin olması mümkündü. Hazırlığa başlasaq, ilk növbədə bərpaedici məşqlər olacaq. Hansı ki, təkcə məşq deyil, bundan sonra məsələnin tibbi tərəfini də fikirləşmək lazımdı. Bura sauna, soyuq vannalar və s. aiddi. "Qarabağ" istisna olmaqla, klublarımızın heç birinin bazasında bu cür şərait, çempionat başlayanda hansısa klub məhz bərpaedici vasitələrə kifayət qədər maliyyə ayırıb - belə şey yoxdu ki, deyəsən bu problemlə üzləşməyəcəyik. Ona görə kifayət qədər vaxt lazım olacaq. 2-3 həftə təkcə futbolçuların ilkin hazırlıqları olacaq ki, bundan sonra da ən azı 2 həftə vaxt lazımdı oyunlara hazırlaşaq. Əsas ona görə ki, ən azı zədə almasınlar. Bəli, risk var. Kifayət qədət vaxt verilməsə, böyük risk olacaq. Məni də maraqlandıran budur ki, lap məşqlərə başlasaq, bundan sonra nə qədər vaxt veriləcək... 

 

- Yəqin ki, "Sumqayıt"dakı həmkarınız Ayxan Abbasovun saytımıza müsahibəsindəki fikirləriylə tanışsınız. Buna münasibətiniz necədi? Çünki dolayısıyla burda klubların maraqları da toqquşur. Deyək ki, "Sumqayıt", "Keşlə" turnir cədvəlindəki yerlərinə görə daha rahat mövqedədirlərsə, "Səbail", "Sabah" avrokuboklara iddialarını çempionatdan sürdürürlər, hələ şanslarını itirməyiblər. Doğrudanmı, variant yoxdu və çempionatın yarımçıq saxlanılmasının tərəfdarısınız?

- Əlbəttə, hamı ilk növbədə sağlamlığı düşünür. Mən də bu fikirlərə qatılıram ki, futbolçunun ilk növbədə sağlamlığı önəmlidi. Şübhəsiz ki, hər bir futbolçu, məşqçi ambisiyalı olmalıdı. Qarşısında hədəfi olmalıdı ki, ən azı mükafatçılar sırasına düşsün. Klubun büdcəsi, nəticənin tələb olunub-olunmamasına baxmayaraq. Sadəcə, indiki durum fərqlidi. Belə vəziyyətə heç vaxt düşməmişdik. Burda önəmli olan futbolçuların karyeralarıdı. 8 oyunda karyeralarına ciddi zərbə, uzunmüddətli zədə ala bilərlər. Bu da riskdi. Əlbəttə, biz istəyərdik ki, çempionat davam eləsin. Ancaq bundan sonra veriləcək vaxt çox önəmlidi. Bizə minimum 1 ay vaxt veriləcəksə, onda oturub nəsə düşünmək olar. Yox, 3 həftəyə meydana çıxmalıyqsa, bu, kifayət qədər qısa bir vaxt olacaq. Nəzərəa alsaq ki, futbolçular həm oynamalıdırlar, həm də heyətdə rotasiyalar etməlisən, bu baxımdan bizdə ciddi problemlər olacaq. İlk sıralarda gedən komandalar rotasiyalarla bağlı problemləri müəyyən qədər həllini tapa bilər. Ancaq bizdə qabarıq şəkidlə üzə çıxa bilər. İddiamız olsa belə, düşünürəm ki, indiki duruma görə hətta çempionatın bitməsiylə bağlı qərar verilsə, bununla razılaşmaq olar. 

 

- Yəni, hesab edirsiniz ki, 3 həftədən sonra məşqlərə başlamaq qərarı verilsə, bundansa mövsümü dayandırmaq daha yaxşıdı?

- Məncə, futbolçuların 3-cü həftədə meydana çıxması az olacaq. İki ay keçib, hələ də xəbər yoxdu ki, məşq edə bilərikmi. Ən azından kiçik qruplarla başlasaydıq, ola bilsin ki, bu müddət bəlkə də kifayət edərdi. Yox. başlamamışıqsa, bundan sonra da bilinmir ki, nə vaxt start götürəcəyik - havaların istiləşməsi, hərarət get-gedə artır, onu da nəzəra alaq ki, bizdə meydança sintetikdi - bütün bunların hamısı bizə çətinlik yaradacaq. Futbolçuları ən azı risksiz meydana buraxmaq baxımından bizə çox ağır olacaq. Nə qədər düşünsək ki, hansı mövqelərə az yüklənmə düşür, onları meydanda saxlayasan... 90 dəqiqə də az vaxt deyil və müasir futbolda hər mövqedə kifayət qədər yüklənmə baş verir. Onu da nəzərə alaq ki, sintetik meydanda oynayrıq, sonra təbii otda çıxış edirik, bu da öz təsirini göstərə bilər. Oyunların hansı tsikllə keçiriləcəyinə - 3, yoxsa 5 gündən bir meydana çıxmağımıza qərar verəcəklər, bunun özü də bir şərtdi, əlavə yüklənmə ola bilər. Bunların hamısı kompleks bilinməlidi. Amma vaxt etibarilə 3 həftənin az olacağını düşünürəm. Əlbəttə, ilk karantində demişdim ki, bu müddət hardasa bəs edə bilər - onda 4 həftənin olmasını istəyirdik - ilk 3 həftəni əvəzetmələr və ya başqa cür necəsə yola vermək olardı. Ancaq indi pauza 2,5 aydı və bu, bir qədər çoxdu. İndiyədək bu qədər fasilə heç bir ölkədə olmayıb.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

football24
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB