TOP 10

Sopiç: “Seydiyev hücumlarımızı da gücləndirəcək”

Futbol
Tarix: 2020-05-21 17:19

“Onu çox gözəl tanıyıram. Azərbaycanın ən istedadlı gənc futbolçularından biridir. Bu səbəbdən onu komandamda görmək istədim". Sport24.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç "Qəbələ"nin müdafiəçisi Amin Seydiyevin transferi barədə danışarkən deyib.


Xorvatiyalı mütəxəssis bildirib ki, 22 yaşlı oyunçu həm sürətli, həm də aqressivdir: "Amin müdafiənin istənilən yerində oynaya bilər. "Sabah"a keçdiyi üçün xoşbəxtəm".


Sopiçin sözlərinə görə, Seydiyevin gəlişindən sonra komandası daha keyfiyyətli oyun göstərə biləcək: "Hücum futbolu oynadığımızdan bizə cinahda rəqibi keçə bilən, dəqiq ötürmələr edən oyunçu lazım idi. Seydiyev də məhz belə futbolçudur. O həm müdafiə, həm də hücum xəttimizi gücləndirəcək".


46 yaşlı mütəxəssis sonda bu transferi həyata keçirən klub rəhbərliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Amin Seydiyev "Sabah"la 3 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

CBCsport
03 Iyun 2020
02 Iyun 2020
B.eÇ.aÇC.aCŞB