TOP 10

Paytaxt klubuna seks oyuncaqlarına görə rekord cəza

Dünya Futbolu
Tarix: 2020-05-21 16:45

Cənubi Koreyanın “Seul” klubu koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilən liqa matçlarında tribunalara cansız modellər yerləşdirmişdi. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, daha sonra bunların cansız model deyil, şişirdilən seks oyuncaqları olduğu məlum olmuşdu.
 

Paytaxt klubunun azarkeşləri bu addıma sərt reaksiya vermiş və bunu “böyük utanc” adlandırmışdı. “Seul” klubu buna görə azarkeşlərindən üzr istəyib.


Cənubi Koreya K Liqasının rəhbərliyi seks oyuncaqlarından istifadə edən “Seul” klubuna 81 min dollar pul cəzası verib. Bu, liqa tarixinin rekord cəriməsidir.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB