TOP 10

Tomas Bax: "Tokio-2020 gələn il keçirilməsə, ləğv ediləcək"

Olimpiada
Tarix: 2020-05-21 13:00

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları 2021-ci ilin yayında keçirilməyəcəyi halda ləğv ediləcək. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax BBC-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, yarışın vaxtını dəyişmək və Olimpiadanın Təşkilat Komitəsində bir neçə min insanı işə götürmək mümkün deyil: "Hər il dünyada beynəlxalq federasiyaların iş qrafikini dəyişmək mümkünsüzdü. Fərqli ssenarilərə hazır olmalıyıq. Tokio-2020 gələn ilin iyulunda olacaq, lakin təhlükəsiz mühitin təşkili üçün əlavə tədbirlər tələb oluna bilər. İdmançılar və Olimpiadanın digər iştirakçıları üçün karantin tələb oluna bilər". 

 

Qeyd edək ki, Tokio Olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB