TOP 10

"Neftçi"nin adı harada varsa, orada hədəfi çempionluqdu"

Futbol
Tarix: 2020-05-21 12:00

"Futbol klubu olaraq kiber idmanda ilk təcrübəmizdir. Nə vaxtsa bu sahədə də özümüzü göstərməliydik. e-Milli Liqadakı iştirakımızla bunu gerçəkləşdirmiş olduq". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.

 

Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar. AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (PFL, 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.

 

E qrupunda yer alan "Neftçi" Region Liqası təmsilçiləri - Masallı "Ərkivan"ı, Gəncə "Qoşqar"ı və "Ağsu Siti"yə rəqib olub. Allahverdiyevin sözlərinə görə, ilk sınaq onlar üçün həm maraqlı, həm də çətin görünür. "Neftçi"nin adı harada varsa, orada hədəfi çempionluqdur. Qrupdakı rəqiblərimizə hörmətlə yanaşırıq, ancaq inanırıq ki, oyunçularımız "Neftçi"ni ən yaxşı şəkildə təmsil edəcəklər".
 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB