TOP 10

İtaliyada mövsümün bitmə və başlama tarixləri açıqlandı

Dünya Futbolu
Tarix: 2020-05-21 13:41

İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı, eləcə də növbəti mövsümün başlama tarixləri açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası (FIGC) məlumat yayıb.
 

Xəbərdə bildirilir ki, çempionatların taleyi barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında keçirilən iclasında verilib. Həmin qərara əsasən, A, B və C Seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatının dəyişdirilməsinin mümkünlüyünü də diqqətə çatdırıb. Hətta çempionatların vaxtından öncə yekunlaşdırılması da istisna edilmir.


Əvəzində səviyyəcə C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu elan edilib.


Əsas çempionatlarda 2019/20 mövsümü avqustun 20-nə qədər yekunlaşsa, həmin ayın 31-nə qədər də İtaliya kubokunda mövsümün başa çatdırılması nəzərdə tutulur.


Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, ardından ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi. Bu qərardan sonra İtaliyanın gənclər və idman naziri  Vinçentso Spadafora A Seriyasının taleyinə mayın 28-də baş tutacaq toplantıda aydınlıq gələcəyini söyləyib.

CBCsport
03 Iyun 2020
02 Iyun 2020
B.eÇ.aÇC.aCŞB