TOP 10

İtaliya klubu futbolçuların maaşını bir şərtlə ödəyəcək

Dünya Futbolu
Tarix: 2020-05-21 11:00

İtaliyanın “Leççe” klubu koronavirus pandemiyasına görə ertələnən maaşları futbolçularına ödəmək üçün onların qarşısına şərt qoyub. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 

Xəbərdə bildirilir ki, yaranmış iqtisadi çətinliklərlə əlaqədar futbolçularla mart ayının məvacibinin imtina etmələrinə dair razılıq əldə olunub. Lakin klub A Seriyasındakı yerini qoruya bilsə, martın maaşı bonus kimi futbolçulara ödəniləcək.


Qeyd edək ki, “Leççe” Covid-19 pandemiyasına görə yarımçıq dayandırılan A Seriyasında 20 kollektiv arasında 18-ci sırada qərarlaşıb.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB