TOP 10

Fransa çempionatında klub sayı artırıldı

Dünya Futbolu
Tarix: 2020-05-21 10:30

Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl yekun vurulan Liqa 2 ilə bağlı daha bir mühüm qərar qəbul olunub. Sport24.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-ni heç bir komandanın tərk etməyəcəyini açıqlayıb.
 

Belə ki, sözügedən çempionatda 2020/21 mövsümü aşağı liqadan gələcək iki klub da daxil olmaqla, 22 komanda ilə keçiriləcək. 


Xatırladaq ki, Liqa 1-də də mövsüm erkən yekunlaşdırılıb və lider PSJ çempion elan olunub. Son iki yeri tutan “Amyen” və “Tuluza” isə elitanı tərk edib və Liqa 2-yə düşüb. Əvəzində Liqa 2-də ilk iki pilləni tutan “Loryan” və “Lans” Liqa 1-ə vəsiqə qazanıb.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB