TOP 10

“Çelsi” onlarla yeni müqavilə bağladı - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-05-21 10:00

İngiltərənin “Çelsi” klubu hücumçusu Olivye Jiru və qapıçı Villi Kabalyero ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

Hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/21 mövsümünün sonuna kimi uzadılıb.


Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub. Koronavirusa görə yarımçıq dayandırılmış cari mövsümdə isə fransalı hücumçu 13 oyuna 3 qolla yadda qalıb.


38 yaşlı Kabalyero isə 2017-ci ildə "Mançester Siti"dən London təmsilçisinə keçib.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB