TOP 10

Aduris futbolçu karyerasını başa vurdu

Dünya Futbolu
Tarix: 2020-05-21 09:00

Son səkkiz mövsümü Bilbao “Atletik”ində keçirən Arits Aduris futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
 

“Zaman gəldi, təəssüf ki, vücudum “artıq yetər” dedi. Bir neçə dəfə “sən qərar vermədən, futbol səni buraxar” dedim. Dünən həkimlərlə söhbətimdə əməliyyat olunmağımı söylədilər. Bu günün işini sabaha saxlamamaq lazımdı. Gündəlik həyatımı ən yaxşı şəkildə, normal yaşamağım üçün ayağıma protez taxılacaq”.


Aduris son ayların ən aktual mövzusuna çevrilən koronavirus pandemiyasına da toxunub: “Təəssüf ki, çox ağır və acılı bir dönəmdən keçirik. Pandemiyaya qarşı hamımız mübarizə aparmalıyıq. Bu üzdən mənim üçün narahat olmayın, bu, sadəcə, bir lətifədi. Xəyal etdiyimiz sonları unudaq. Çünki vidalaşmaq üçün zamanımız olacaq. Amma başdan-ayağa unudulmaz olan futbolçu karyeramı başa vururam”.


Karyerası ərzində “Atletik”, “Valensiya”, “Malyorka” və “Valyadolid” klublarında çıxış etmiş ispaniyalı hücumçu ölkəsinin millisində də 13 oyuna çıxıb. O, 2016-cı ilin dekabr ayında Makedoniya ilə oyunda vurduğu qolla İspaniya millisində rəqib qapısına yol tapan ən yaşlı futbolçu (35 yaş, 275 gün) kimi tarixə düşüb. Aduris milli çempionatlar və beynəlxalq turnirlər də daxil olmaqla bütövlükdə 773 oyuna çıxıb, 285 qola imza atıb.

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB