TOP 10

Milli koronavirusdan sonra ilk dəfə bir araya gəlir - "Sabah"ın futbolçusu kənarda qaldı, "Neftçi"yə lazım olmayan çağırıldı

Futbol
Tarix: 2020-05-20 19:00

Moldova milli komandası koronavirus pandemiyası başlayandan sonra ilk dəfə bir araya gəlir. Sport24.az xəbər verir ki, bu yığmanın türkiyəli baş məşqçisi Engin Firat təlim-məşq toplanışına 16 futbolçu dəvət edib.

 

Sərhədlər bağlı olduğundan yalnız Moldovada olan futbolçular hazırlığa çağırılıb. Bu üzdən "Sabah"ın moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk dəvətlilər sırasında deyil. Əvəzində "Neftçi"nin sabiq müdafiəçisi, hazırda Moldovanın "Petrokub" klubunda çıxış edən Petr Raku uzun fasilədən sonra milliyə qayıdıb.

 

Ölkənin Səhiyyə Nazirliyinin bütün tövsiyyələrinə uyğun olaraq məşqlər qrupa halında 7 futbolçudan artıq olmayaraq  keçiriləcək. . 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB