TOP 10

Kərimovdan rekord, mozambiklidən 3 qol

Futbol
Tarix: 2020-05-20 11:22

Azərbaycan Kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub. Sport24.az xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

 

Komandanın Kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb.

 

Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. Belə ki, keçən yay transfer olunan mozambikli cinah yarımmüdafiəçisi cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.

 

 

Azərbaycan Kubokunda 3 və daha çox qol vuranlar

1. Kənan Kərimov - 7

2. Filip Ozobiç - 6

3. Vüsal Qarayev - 5

4-8. Viktor Mendi - 4

 İbrahim Hüseynov - 4

 Daniel Subotiç - 4

 Aleksey Qay - 4

 Baqali Dabo – 4

9-15. Dodo - 3

Samir Zərgərov - 3

Stiven Monroz - 3

Ruslan Qurbanov - 3

Ermin Zets - 3

Davit Volkov - 3

Klesio Bauk - 3

 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB