TOP 10

EYOF və İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi

Digər
Tarix: 2020-05-19 19:30

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, böyük idman yarışlarına da təsirsiz ötüşmür. Sport24.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust tarixlərinə keçirilməsi gələn il təşkili nəzərdə tutulan 2 mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.


Bu yarışlardan biri gələn ilin 24 iyul - 1 avqust tarixlərində Slovakiyanın Banska-Bıstritsa şəhərində keçirilməli olan Avropa Gənclərinin Yay Olimpiya Festivalıdır. Tokio Olimpiadasının vaxtının gələn ilə dəyişdirilməsindən sonra təşkilatçılar fərqli yaş kateqoriyaları olsa da, EYOF2021-in 2022-ci ilin 24-30 iyul tarixlərində təşkil edilməsinə qərar veriblər.


2021-ci ilin 20-29 avqust tarixlərində Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu 5-ci İslam Həmrəyliyi Oyunları ilə Tokio Olimpiadası arasındakı qısa zaman kəsiyi səbəbindən İslam Oyunlarının Təşkilat Komitəsi bu yarışın 2022-ci ilin avqustunda keçirilməsinə qərar verib.


Qeyd edək ki, 2 ildən bir təşkil edilən EYOF və 4 idən bir keçirilən İslam Həmrəyliyi Oyunları üzrə son yarışlara Azərbaycan ev sahibliyi edib.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB