TOP 10

“Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı”

Dünya Futbolu
Tarix: 2020-05-17 12:00

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar açıqlama verib. Sport24.az xəbər verir ki, yerli mətbuata danışan Acar, mövsümün əvvəlində Azərbaycan yığmasından təklif aldığını deyib:
 

“Tək xəyalım milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.


Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.


“Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB