TOP 10

"Ağsu Siti" üçün yeni stadionda son tamamlanma işləri aparılır - FOTOLAR

Futbol
Tarix: 2020-05-16 14:17

Region Liqasında Mərkəz zonasının aşkar lideri "Ağsu Siti" ev oyunlarını keçirdiyi Ağsu şəhər Mərkəzi Stadionundan kənarda qalıb. Sport24.az xəbər verir ki, belə vəziyyətdə qısa zamanda həm qonşu rayonlar, həm də rayon daxilindəki orta məktəblər stadionları kluba təklif edərək dəstək göstərib. "Ağsu Siti"nin rəhbərliyinin qərarı ilə 5 saylı şəhər tam orta məktəbin stadionunda oyunları keçirmək qərarlaşdırılıb.

 

İstifadəyə yararsız vəziyyətdə olan stadionda bir neçə iş adamlarının dəstəyi ilə təmir və tikinti işlərinə start verilib. Belə ki, stadiona tonlarla torpaq tökülüb və düzləşdirilib. Təbii ot örtüyü əkilib və digər zəruri işlər görülüb. Artıq stadionda son tamamlanma işləri aparılır.

 

"Ağsu Siti"yə təmir üçün '"SOBSAN" şirkəti tərəfindən ümumilikdə 754 manat dəyərində müxtəlif təmir avadanlıqları hədiyyə edilib. Klub göstərdiyi dəstəyə görə şirkətin rəhbəri Cavid Səbzəliyevə və vasitəçilik işlərində köməklik edən hüquqşünas Pərviz Hüseynova təşəkkür edir.

 

Ağsu təmsilçisi ölkəmizdə koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejimi bitdikdən sonra liqanın qaldığı yerdən davam edəcəyinə və zəhmətiylə ərsəyə gətirdiyi bu stadionda azarkeşlərininə qələbələr qazandıracağına inanır. 

 

Xatırladaq ki, "Ağsu Siti" liqada pley-offa vəsiqə qazanan ilk komandadı. 

 

 

 

 

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB