TOP 10

AİJF yazı müsabiqəsi elan edir - 100 illik yubileylə bağlı

Digər
Tarix: 2020-05-14 23:00

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsi elan edir. Sport24.az xəbər verir kİ, müsabiqəyə yalnız AİJF üzvləri qatıla bilərlər;

 

Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;

 

Yazılar 15 may – 15 iyun aralığında heç bir yerdə dərc olunmadan azesportsmedia@gmail.com e-mailinə göndərilməlidir;

 

Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. Qaliblərin adları 2020-ci il iyulun 2-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 25-dən iyulun 1-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

 

Yazılara dair tələblər:

- Times New Roman şriftində (12) yazılmalı, 7-11 min arası işarədən artıq olmamalıdır;

- orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;

- Azərbaycan dilində olmalıdır;

- jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;
VÖEN-in surəti.


Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:

1-ci yer – 500 manat

2-ci yer – 300 manat

3-cü yer – 200 manat

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB