TOP 10

Azərbaycan Premyer Liqası iyunun əvvəlində start götürəcək

Futbol
Tarix: 2020-05-14 12:24

Premyer Liqa klublarının məşqlərə mayın 12-də başlayacağını xəbər vermişdik. Yenə də bir qədər yubanma oldu, ancaq bu, yalnız texniki səbəblərə görə baş verdi ...
 

Beləliklə, indi gözlənilən prosesin ikinci hissəsinə toxunacağıq. Söhbət çempionatın nə vaxt bərpa olunacağıyla bağlıdı?

 

Bu gün bütün klubların nümayəndələrinin iştirakı ilə keçiriləcək videokonfrans məhz bu prosesə həsr olunacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, 21-ci tur iyun ayının ilk həftəsində keçiriləcək.

 

Əlindəki kartları açıqlamağa davam etdiyimiz üçün hər turun neçə gün əhatə edəcəyi mövzusuna toxunacağıq. Yerli teleizləyicilərin mümkün qədər çox matç görə bilməsi üçün hər tur 2 gün əhatə edəcəkdi.
 

Təhlükəsizlik məsələlərinə də toxunaq. Bütün qarşılaşmalar boş tribunalar qarşısında keçiriləcək. Ən azı, yolun başlanğıcı məhz bu olacaq. Əlbəttə ki, müəyyən müddətdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın stadionlara gəlmək qadağasını da aradan qaldırması mümkündü. Hələliksə tamaşa tamaşaçısız başlayacaq.
 

Və sonda. Pley-off sisteminin qurmanlarına da pozitiv cəbər vermək istəyirik. Azərbaycan Kuboku baş tutacaq! Beləliklə, 2019/20 mövsümündə çempionun və Azərbaycan Kubokunun qalibinin adını biləcəyik.

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB