TOP 10

Bakı klubunun sabiq baş məşqçisi 70 yaşında ata olacaq

Futbol
Tarix: 2020-05-14 09:18

Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 70 yaşında ata olacaq. Sport24.az xəbər verir ki, bu barədə ötənlərin tanınmış futbolçusunun düz 2 dəfə kiçik həyat yoldaşı Mariya Konkova şəxsi "Instagram" səhifəsində paylaşım edib.

 

35 yaşlı xanım hamilə qaldığına işarə edərək, "Həyatımda ilk dəfə belə ideal pres yığmışam" yazıb.

 

Cütlük münasibətlərini 2017-ci ildə qanuniləşdirib. Onlar hətta Kiyev kilsələrindən birində nikah da bağlayıblar.

 

Qeyd edək ki, Konkov "İnter"də 2004-06-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı" komandasına uduzub - 1:2. 2012-15-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB